Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçiləri “Neftçi” və “Sabah” növbəti oyunlarına çıxacaqlar.
Hər iki komanda rəqibi ilə səfərdə üz-üzə gələcək. “Neftçi” Türkiyədə “Beşiktaş”ın qonağı olacaq. Ötən həftə Bakıda 1:3 hesabı ilə məğlub olan “ağ-qaralar”ın İstanbulda bunun əvəzini çıxmaq şansı o qədər də yüksək deyil.
“Sabah” isə öz meydanında iki cavabsız qolla üstələdiyi Serbiya “Partizan”ı ilə Belqradda qarşılaşacaq. Murad Musayevin kollektivi avrokuboklardakı debüt mövsümündə daha bir mərhələ adlamağa yaxındır.