DÇ-2024: Azərbaycan millisinin elit raunddakı ilk oyununun təyinatları açıqlanıb

A- A A+

Futzal üzrə Azərbaycan millisinin DÇ-2024-ün elit raundunda səfərdə Rumıniya seçməsinə qarşı keçirəcəyi oyunu üçün təyinatlar müəyyənləşib.

NUHÇIXAN-ın məlumatına görə, qarşılaşma Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşdə Admir Zahoviç, Aleş Mocnik Peric və Dejan Veselic iş başında olacaq. İtaliyalı Angelo Galante hakim-inspektor, serbiyalı Zoran Dimic UEFA nümayəndəsi kimi təyinat alıb.

Qeyd edək ki, sentyabrın 15-də Romeo Lamandidə oynanılacaq matç Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: