Forum iştirakçıları ilə futzal üzrə yoldaşlıq görüşü keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya -İdman Kompleksində Türk Şurası Gənc Liderlərinin Naxçıvan Forumunun iştirakçısı olan Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan gəncləri ilə Naxçıvan gəncləri arasında futzal üzrə yoldaşlıq görüşü keçirilib.

Oyunun ilk hissəsi naxçıvanlı gənclərin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci hissədə isə Türk Şurası gəncləri hesab arasındakı fərqi minimuma endirməyi bacarıblar. Lakin sonradan rəqibin daha üç dəfə fərqlənməsinə mane ola bilməyiblər. Görüş Naxçıvan gənclərinin 6:3 hesablı qələbəsi ilə yekunlaşıb. Sonda qonaqlar oyunun iştirakçıları ilə xatirə şəkli çəkdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: