Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq çağırış turnirində qızıl medal qazanıb.
Milli Paralimpiya Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, idmançımız 70 kiloqram çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində təşkil olunmuş Avropa çempionatında qalib olub.