Sloveniyanın “Olimpiya” (Lyublyana) komandası Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya göndərib.
NUHÇIXAN qitə futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Lyublyana təmsilçisinin baş məşqçisi Joau Enrikeş siyahıya 25 futbolçunun adını daxil edib.
Oyunçulardan üçü qapıçı, səkkizi müdafiəçi, altısı yarımmüdafiəçi, səkkizi isə hücumçudur.
Qapıçılar: 22. Denis Pintol, 31. Jan Maurisio, 69. Matevj Vidovşek
Müdafiəçilər: 2. Xorxe Silva, 3. David Sualehe, 6. Mateo Karamatiç, 8. Yustas Lasitskas, 14. Marsel Ratnik, 16. Ahmet Muhamedbeqoviç, 27. Paskal Estrada, 43. Alyaj Krefl
Yarımmüdafiəçilər: 11. Saar Fadida, 19. Svit Seşlar, 21. İvan Posavets, 26. Val Yankoviç, 33. Nemanya Qavriç, 34. Aqustin Doffo
Hücumçular: 9. Mustafa Nukiç, 10. Timi Elşnik, 17. Admir Bristriç, 20. Nemanya Motika, 23. Dioqu Pintu, 34. Pedro Lukas, 77. Aldin Yakupoviç, 99. Ruy Pedru
Qeyd edək ki, “Qarabağ” “Olimpiya” ilə ilk oyununu avqustun 24-də səfərdə, cavab matçını isə avqustun 31-də Bakıda keçirəcək.