Çimərlik voleybolu üzrə 18 yaşadək oğlanlardan ibarət Azərbaycan millisi Avropa çempionatına qatılmaq üçün İspaniyaya yollanıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) NUHÇIXAN-a verilən məlumata görə, komanda avqustun 23-də İspaniyanın paytaxtı Madriddə start götürəcək turnirdə iştirak edəcək.
Təsnifat mərhələsindən mübarizəyə başlayacaq yığmaya İqor Olefirin rəhbərlik edəcək. Komandanın meneceri isə Valeriya Romanoviç olacaq.
Qeyd edək ki, Avropa çempionatına avqustun 27-də yekun vurulacaq.