Azərbaycan pauerliftinqçisi dünya çempionu olub

A- A A+

Pauerliftinq üzrə Azərbaycan millisinin daha bir üzvü Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında iki medal qazanıb.

Milli Paralimpiya Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, bu dəfə Leyla Kərimova 2 “qızıl”la yadda qalıb.

İdmançı +86 kq çəki dərəcəsində gənclərin yarışında ən yaxşı nəticəyə (78 kq) və ümumi çəkiyə görə (148 kq) çempion olub. Kərimova bununla gənclər arasında Avropa rekordunu da yeniləyib.

Qeyd edək ki, daha əvvəl Talıb Zeynalov (+107 kq) yarışda 2 gümüş medal qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: