Dünya çempionatı: Azərbaycanın beş cüdoçusu mübarizəyə başlayır

A- A A+

Bu gün Azərbaycanın beş yeniyetmə cüdoçusu Xorvatiyada start götürən dünya çempionatında mübarizəyə başlayacaq.

NUHÇIXAN-ın məlumatına görə, oğlanlardan 50 kq çəki dərəcəsində Məhəmməd Məmişov ilk görüşündə Bosniya və Herseqovinadan olan Stefan Vinciçlə üz-üzə gələcək.

Eyni çəkidə Nihad Məmişov fransalı Amza Cahttinin müqavimətini qırmağa çalışacaq. 55 kq-da Ayxan Mirzəzadə isə tacikistanlı Loiq Kudbodinovla qarşılaşacaq.

Qızlardan 40 kq-da Nigar Məmişova Türkmənistan cüdoçusu Dilara Kandimovanı, 44 kq-da Məryəm Bayramzadə moldovalı Qabriela Herta ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarış avqustun 27-də yekunlaşacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: