“Araz-Naxçıvan” futzal klubu bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayacaq.
NUHÇIXAN-ın məlumatına görə, Azərbaycan çempionu ilkin seçmə mərhələnin A qrupunda ilk oyununa çıxacaq.
Təmsilçimiz Latviyada təşkil olunacaq görüşdə Türkiyə çempionu “İstanbul Şişli” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Qrupun digər matçında Almaniya klubu “Yan Reqensburq”la Latviya “Riqa”sı (20:00) üz-üzə gələcək.