“Araz-Naxçıvan" Almaniya klubunu darmadağın edib

A- A A+

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

NUHÇIXAN xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı ikinci matçında Almaniya təmsilçisi “Yan Regensburq”la qarşılaşıb.

“Salaspils İdman Arenası”nda oynanılan görüş təmsilçimizin inamlı qələbəsi ilə yekunlaşıb – 0:5.

Qrupun digər matçında Türkiyənin “İstanbul Şişli” klubu Latviya “Riqa”sı ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqası

A qrupu

24 avqust

15:00. “Yan Regensburq” (Almaniya) – “Araz-Naxçıvan” (AZƏRBAYCAN) – 0:5

Hakimlər: Drazen Vukçeviç (Monteneqro), Martina Pikkola (İtaliya), Arttu Kyinaeraeinen (Finlandiya)

Timekeeper: Kiazo Leladze (Latviya)

Hakim-inspektor: Vyaçeslav Darahan (Ukrayna)

UEFA nümayəndəsi: Massimo Nanni (San Marino)

Qeyd edək ki, “Araz-Naxçıvan” qrupdakı ilk oyununda “İstanbul Şişli” komandasına 9:1 hesabı ilə qalib gəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: