Azərbaycan millisinin sabiq futbolçusu, son olaraq “Səbail”də çalışmış Şəhriyar Rəhimov dünyasını dəyişib.
Klubdan NUHÇIXAN-a verilən məlumata görə, veteran müdafiəçi 34 yaşında xərçəng xəstəliyindən vəfat edib.
Qeyd edək ki, Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Ş.Rəhimov 2022-ci ilin əvvəlində karyerasını başa vurub.