Sərbəst güləş üzrə yığmamızın dünya çempionatı üçün ilkin heyəti açıqlanıb

A- A A+

Sərbəst güləş üzrə Azərbaycan millisinin bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.

NUHÇIXAN Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmiz nüfuzlu yarışda 10 idmançı ilə təmsil olunacaq.

Mundialda Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı 16-24 təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: