“Qarabağ”ın rəqibi futbolçusu ilə yollarını ayırdığını açıqlayıb

A- A A+

Sloveniya çempionu “Olimpiya” UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu ərəfəsində futbolçusu Svit Seşlarla yollarını ayırdığını açıqlayıb.

NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin Türkiyənin “Eyüpspor” komandasına keçidi rəsmiləşib.

“Qarabağ”a qarşı Lyublyanada gerçəkləşən ilk matçda 72 dəqiqə oynayan Sloveniyanın gənclər millisinin üzvünün transferi “Olimpiya”ya 2,5 milyon avro qazandırıb. Keçidi ilə bağlı təəssüratlarını bölüşən gənc futbolçu baş məşqçi Arda Turanın rəhbərliyi altında növbəti mövsüm Superliqada çıxış edəcəklərinə inandığını söyləyib.

Qeyd edək ki, “Qarabağ”la “Olimpiya” arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Sloveniyada reallaşan ilk qarşılaşmada Azərbaycan çempionu 2:0 hesablı qələbə qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: