UEFA Avropa Liqası: "Qarabağ" - "Olimpiya" oyunu azarkeş sayına görə ikinci olub

A- A A+

UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

NUHÇIXAN-ın məlumatına görə, "Qarabağ"ın Bakıda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (1:1) etdiyi qarşılaşma bu göstəricidə ikincidir.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda 27 354 tərəfdar olub.

Ən çox tamaşaçı isə "Ayaks" (Niderland) - “Lüdoqorets” (Bolqarıstan) görüşündə qeydə alınıb. Amsterdamda gerçəkləşən dueldə 50 900 nəfər tribunada əyləşib.

Qeyd edək ki, səfərdə "Olimpiya"nı iki cavabsız qolla üstələyən "Qarabağ" UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanıb. Komanda H qrupunda Almaniyanın "Bayer 04", Norveçin "Molde" və İsveçin "Hakken" klubları ilə mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: