“Milan” “Real”ın keçmiş futbolçusunu transfer edib

A- A A+

Serbiyalı hücumçu Luka Yoviç İtaliyanın “Milan” klubuna keçib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “rossoneri”nin rəsmi saytında bildirilib.

25 yaşlı hücumçunun “Milan”la müqaviləsi 30 iyun 2024-cü il tarixinə qədər qüvvədədir. Yoviç yeni klubunda 15 nömrə altında çıxış edəcək.

Fabritsio Romanonun futbolçunun “Fiorentina”dan icarə əsasında keçidi ilə bağlı məlumatına baxmayaraq, “Milan” tam keçid haqqında yazıb. “Transfermarkt” oyunçunun azad agent kimi keçdiyini bildirir.

25 yaşlı serb bu mövsüm “Fiorentina”da oynamayıb. Yoviç karyerasına “Srvena Zvezda”da başlayıb, “Benfika”, “Ayntraxt” və “Real”da çıxış edib.

Hücumçu ötən yay azad agent kimi “Fiorentina”ya keçib, “bənövşəyilər”in heyətində 50 matçda 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Milan” A Seriyasında 2 turdan sonra liderdir, “Fiorentina” isə 5-ci pillədə qərarlaşıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: