Türkiyənin qadınlardan ibarət milli komandası voleybol üzrə Avropa çempionatının final oyununda Serbiya komandasını məğlub edərək ilk dəfə turnirin qalibi olub.
NUHÇIXAN xəbər verir ki, qarşılaşma Belçikanın paytaxtı Brüsseldə baş tutub.
Oyun 3-2 (25:27, 25:21, 22:25, 25:22, 15:13) hesabı ilə Türkiyə komandasının xeyrinə başa çatıb. Bürünc medalları üçüncü yer uğrunda görüşdə italyanları məğlub edən Niderland yığması qazanıb - 3:0 (25:23, 28:26, 25:20).