"Barselona"nın gənc futbolçusu klubun tarixinə düşüb

A- A A+

İspaniya millisinin futbolçusu Qavi "Barselona" klubunun tarixinə düşüb.

NUHÇIXAN-ın məlumatına görə, yarımmüdafiəçi buna "Osasuna"ya səfərdə 2:1 hesabı ilə qalib gəldikləri La Liqanın IV turunun matçında meydana çıxmaqla nail olub.

Qavi Kataloniya təmsilçisinin tarixində 100 oyun keçirən ən gənc futbolçudur. O, bunu 19 yaş 28 günündə bacarıb.

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan futbolçu 2021-ci ildə əsas komandaya cəlb edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: