"Qəbələ" və "Araz-Naxçıvan" yoldaşlıq oyununda üz-üzə gələcəklər

A- A A+

"Araz-Naxçıvan" və "Qəbələ" Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edərək yoldaşlıq oyununda üz-üzə gələcəklər.

Naxçıvan təmsilçisindən NUHÇIXAN-a verilən məlumata görə, qarşılaşma sentyabrın 10-da Qəbələdə gerçəkləşəcək.

Üçgünlük istirahətə buraxılan "Araz-Naxçıvan" sentyabrın 7-də bir araya gələcək və görüşün baş tutacağı şəhərə yollanacaq.

Abdulla Rzayev və Mirəli Əhmədov Azərbaycanın U-21 yığmasının, qapıçı Kristian Avram isə Moldova millisinin düşərgəsinə yollandığına görə hazırlıq prosesində və yoldaşlıq matçında iştirak etməyəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: