Səudiyyə klubu “Əl İttihad”ın rəsmiləri məşhur misirli futbolçu Məhəmməd Salahı transfer etmək üçün Böyük Britaniyaya gəliblər.
NUHÇIXAN xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb. Bildirilir ki, Səudiyyə Ərəbistanının çempionu “Əl-İttihad” “Liverpul”un ulduzu Məhəmməd Salah üçün rekord məbləğ - 270 milyon dollar təklif edəcək.
Bazar günü “Liverpool”un “Aston Villa” üzərində 3:0 hesablı (qollardan birini Salah vurub – red.) qələbəsindən sonra qırmızıların baş məşqçisi Yurgen Klopp klubun futbolçunu heç bir qiymətə satmayacağını söyləyib.