Avropa çempionatı: Azərbaycanın iki cüdoçusu finala yüksəlib

A- A A+

Azərbaycanın iki cüdoçusu Niderlandın Haaqa şəhərində keçirilən gənclərin Avropa çempionatında finala yüksəliblər.

NUHÇIXAN xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Nizami İmranov və 66 kq-da Aydın Rzayev qızıl medal uğrunda qarşılaşmaya vəsiqə qazanıblar.

İmranov həlledici görüşdə İsraildən olan Yehonatan Vekslerlə, Rzayev isə Tenqo Zirakaşvili (Gürcüstan) - Migel Qaqo (Portuqaliya) cütünün qalibi ilə güləşəcək.

Qadınların mübarizəsində 52 kq-da Aydan Vəliyeva üçüncü yer uğrunda görüşdə italiyalı Mikaela Sciacovelli ilə üz-üzə gələcək.

Bu gün tatamiyə çıxan Nicat Nağıyev (66 kq), Könül Əliyeva, Vüsalə Hacıyeva (hər ikisi 48 kq) və Fidan Əlizadə (57 kq) medal şanslarını itiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: