Həmyerlimiz Cəbəllütariq boğazını üzərək keçib

A- A A+

Azərbaycan vətəndaşı Boris Nəcəfov sentyabrın 5-də Cəbəllütariq boğazını üzərək keçib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, idmançımız ümumilikdə 16,2 km məsafəni qət edib.

Həmyerlimiz bildirib ki, Cəbəllütariq boğazında üzmə zamanı rəqiblər insanlar deyil, külək, dalğalar, soyuq su və Atlantik okeanından gələn güclü axındır: “Burada üzmək üçün hava şəraitini gözləmək lazımdır”.

Qeyd edək ki, B.Nəcəfovun iştirak etdiyi üzmə missiyası Avropanın və İspaniyanın cənub nöqtəsindən - Tarifa şəhərindən başlayır və Afrikada - Mərakeşdə başa çatır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: