"Naxçıvan-2018" Beynəlxalq Şahmat Festivalının qalibi bəlli olub

A- A A+

Naxçıvan Şahmat Mərkəzinin ev sahibliyi etdiyi ənənəvi turnirdə bu gün sonuncu turun görüşləri keçirilir. Ən reyqinli şahmatçıların yer aldığı “A” qrupunda bütün diqqətlər turnir cədvəlindəki ilk iki sıranı bölüşən Nicat Məmmədovla SerqeyTiviyakovun görüşünə yönəlmişdi.

NUHÇIXAN xəbər verir ki, qrossmeysterimiz rusiyalı rəqibi ilə heç-heçəyə razı olub. Əslən Şərurdan olan Azərbaycan şahmatçısı aktivindəki xal sayını 6.5-ə yüksəldərək turnirin qalibi adına layiq görülüb.

“B” qrupunda isə Fariz Əhmədov qələbəni bayram edib.

Qeyd edək ki, 9-cu turun görüşləri davam edir. Qarşılaşmlar bitdikdən sonra mükafatlandırılma mərasimi baş tutacaq.

Emil Səmədov

NTV Xəbər

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: