Bu gün AVRO-2024-ün seçmə mərhələsində V tura yekun vurulacaq.
NUHÇIXAN xəbər verir ki, son oyun günündə yeddi qarşılaşma keçiriləcək.
C qrupunda İngiltərə yığması Ukraynanın, İtaliya seçməsi Şimali Makedoniyanın qonağı olacaq.
F qrupunda Azərbaycan millisi “Dalğa Arena”da Belçikanı sınağa çəkəcək. Estoniya isə evdə İsveç yığmasını qəbul edəcək.
Nəhayət İ qrupunda Andorra Belarusla, Rumıniya İsraillə, Kosovo isə İsveçrə ilə qarşılaşacaq.
AVRO-2024, seçmə mərhələ
V tur
9 sentyabr
C qrupu
20:00. Ukrayna – İngiltərə
22:45. Şimali Makedoniya – İtaliya
Xal durumu: İngiltərə - 12 xal (4 oyun), Ukrayna – 6 (3), İtaliya – 3 (2), Şimali Makedoniya – 3 (3), Malta – 0 (4).
F qrupu
17:00. Azərbaycan – Belçika
20:00. Estoniya – İsveç
Xal durumu: Avstriya – 10 (4), Belçika – 7 (3), İsveç – 3 (3), Estoniya – 1 (3), Azərbaycan – 1 (3).
İ qrupu
20:00. Andorra – Belarus
22:45. Rumıniya – İsrail
22:45. Kosovo – İsveçrə
Xal durumu: İsveçrə - 10 (4), Rumıniya – 8 (4), İsrail – 7 (4), Belarus – 3 (4), Kosovo – 3 (4), Andorra – 1 (4).