AFFA Ermənistan – Xorvatiya oyunundakı təxribatla bağlı bəyanat yayıb

A- A A+

AFFA AVRO-2024-ün seçmə mərhələsində İrəvanda Ermənistan və Xorvatiya yığmaları arasında keçirilmiş oyun zamanı baş verən təxribatla bağlı bəyanat yayıb.

NUHÇIXAN milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda erməni azarkeşlərin hərəkəti qınanılıb, futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün addımlar pislənilib.

“11 sentyabr 2023-cü il tarixində AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində baş tutmuş Ermənistan - Xorvatiya matçının 35-ci dəqiqəsində dron vasitəsilə qondarma rejimin "bayrağı"nı stadionun oyun keçirilən ərazisində nümayiş etdirilməsi böyük şiddətlə qınanılır və Ermənistan Futbol Federasiyasını bu cür əməllərin qarşısını almaq, o cümlədən Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə ləkə atan digər hərəkətləri önləmək, öz azarkeşlərini bu əməllərdən çəkindirmək məqsədi ilə tədbirlər görməsi tələb olunur. Həmçinin bildiririk ki, sözügedən əməllər ilk dəfə törədilmir. AFFA olaraq, futboldan siyasi alət kimi istifadə olunmasına yönələn bütün növ hərəkətlərə qarşı UEFA və digər üstqurumlar qarşısında öz şikayətlərimizi bildiririk və bildirəcəyik. Sözügedən məsələ ilə bağlı UEFA-ya müraciət ünvanlayaraq, qurumun ədalətli şəkildə qərar qəbul edəcəyinə ümid edirik. Bir daha qeyd edirik ki, idman oyunları siyasi əməllərə alət edilməməlidir”, - deyə bəyanatda vurğulanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: