Braziliya və Argentina milli komandaları DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
NUHÇIXAN xəbər verir ki, hər iki yığma səfər matçına çıxıb.
Argentina Boliviyanı üç cavabsız qolla üstələyib. Qolları 31-ci dəqiqədə Entso Fernandes, 42-ci dəqiqədə Nikolas Talyafiko və 83-cü dəqiqədə Nikolas Qonsales vurub.
“Sambaçılar” isə Perunu minimal hesabla üstələyiblər - 1:0. 90-cı dəqiqədə Markinyoş fərqlənib.