AFFA II Liqa komandasına texniki məğlubiyyət verib

A- A A+

AFFA İntizam Komitəsi II Liqa komandası “Baku Sportinq”ə texniki məğlubiyyət verib.

NUHÇIXAN xəbər verir ki, buna “Ağdaş”a qarşı keçirilən II turun oyunundakı qayda pozuntusu səbəb olub.

Belə ki, matçın rəsmi protokolunda adı olmayan Elgün Abbaslı 58-ci dəqiqədə “Baku Sportinq”in heyətində meydana çıxıb. Bu, adıçəkilən komandanın 0:3 hesablı texniki məğlubiyyət alması ilə nəticələnib. “Baku Sportinq” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, Ağdaşda keçirilən görüşdə “Baku Sportinq” 4:2 hesablı qələbə qazanmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: