Bu gün Azərbaycan milli komandasının “Avro-2020” seçmə mərhələsindəki rəqibləri məlum olacaq

A- A A+

Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, püşkatma mərasimində Azərbaycan milli komandasının hansı qrupda oynayacağı və rəqibləri müəyyənləşəcək.

UEFA-ya üzv olan 55 ölkənin yığma komandaları qitə futbol qurumunun reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 7 səbətə bölünüblər. Avropa çempionatının seçmə mərhələsində ilk 5 qrupda altı, sonrakı 5 qrupda beş komanda mübarizə aparacaq. Hər qrupdan ilk iki yeri tutan yığmalar final mərhələsinə yüksələcək.

Tədbirdə AFFA geniş heyətlə təmsil olunacaq. Bakı vaxtı ilə saat 15:00-da başlanacaq mərasimə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, “Avro-2020”nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehtiyeva və AFFA-nın infrastruktur direktoru, “Avro-2019”un Bakıda təşkil olunacaq final qarşılaşmasının layihə əlaqələndiricisinin müavini Kamran Vəliyev qatılacaq.

Qeyd edək ki, “Avro-2020”nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup oyunları, biri isə dörddəbir final mərhələsinin qarşılaşmasıdır. Püşkatma mərasimində AFFA nümayəndə heyətinin üzvləri çempionatla bağlı müxtəlif tədbirlərin iştirakçısı olacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: