Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası Osmaniyyə komandasına qalib gəlib - FOTOLAR
Artıq Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədli keçirilən “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirinin 4-cü günüdür.
NUHÇIXAN xəbər verir ki, bu gün Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası Osmaniyyə komandası ilə qrup oyunu keçirib. Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası Osmaniyyə komandasına 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu Abbas Əkbərli vurub.