Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) ötən və cari mövsümdə futbol matçlarının orta müddətinə görə dünya üzrə 72 liqanın reytinqini açıqlayıb.
NUHÇIXAN qurumun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 59-cu yerdə qərarlaşıb.
Bu mövsüm ölkə çempionatında keçirilmiş son 24 oyunun statistikasını dərc edən CIES-in araşdırmasına görə, oyunlar orta hesabla 98 dəqiqə 23 saniyə davam edib.
Siyahıya ən yüksək göstərici (106 dəqiqə 52 saniyə) ilə Birləşmiş Ərəb Əmirliklərinin yüksək divizionu başçılıq edir.
Ümumilikdə, 100 dəqiqədən çox davam edən matçların nisbəti isə 52,4 faiz təşkil edib.
Qeyd edək ki, ən aşağı göstərici isə (96’) Finlandiyanın yüksək divizionuna məxsusdur – 96 dəqiqə 7 saniyə.