Serxio Ramos La Liqanın tarixinə düşüb

A- A A+

İspaniyanın “Sevilya” klubunun futbolçusu Serxio Ramos La Liqanın tarixinə düşüb.

NUHÇIXAN-ın Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) rəsmi saytına istinadən məlumatına görə, 37 yaşlı müdafiəçi V turda “Las Palmas”la (1:0) görüşdə meydana çıxaraq buna nail olub.

Ramosun “Sevilya”nın heyətində birinci dönəmindəki son oyunu ilə komandaya qayıtdıqdan sonra meydana çıxdığı ilk görüş arasında 18 il 20 gün fərq var. Bu isə La Liqa tarixində bir futbolçunun eyni klubda ardıcıl iki oyunu arasındakı ən uzun fərqdir.

Ulduz futbolçu 17 il 216 gündən sonra “Vilyarreal”a qayıdan Pepe Reynanın rekordunu yeniləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: