Millətlər Liqası: Azərbaycan yığması bu gün Monteneqro ilə qarşılaşacaq

A- A A+

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

NUHÇIXAN xəbər verir ki, C Divizionunda mübarizə aparan Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv səfərdə Monteneqro yığması ilə qarşılaşacaq. Podqoritsa şəhərində oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qarşılaşmanı İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Millətlər Liqası

C Divizionu, 3-cü qrup

26 sentyabr

20:00. Monteneqro – Azərbaycan

Hakimlər: Maral Mirzai Beni, Kamilla Stendal, Tilde Larsson

Dördüncü hakim: Anna Layanen

Xal durumu: Monteneqro – 3, Kipr – 1, Azərbaycan – 1, Farer adaları – 0.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk oyununda Bakıda Kipr seçməsi ilə 1:1 hesablı heç-heçə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: