2023-cü ildə atletika üzrə dünya çempionatına Budapeşt ev sahibliyi edəcək

A- A A+

2023-cü ildə atletika üzrə dünya çempionatına Macarıstanın paytaxtı Budapeşt ev sahibliyi edəcək.

NUHÇIXAN xəbər verir ki, qərar Beynəlxalq Atletika Federasiyasının Şurasının iclasında qəbul olunub.

Budapeştdə 1998-ci ildə Avropa çempionatı, 2004-cü ildə isə qapalı məkanlarda dünya çempionatı keçirilib.

Qeyd edək ki, gələn il mundial Qətərin paytaxtı Dohada, 2021-ci ildə isə ABŞ-ın Yucin şəhərində təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: