2025 və 2027-ci illərdə keçiriləcək Afrika Millətlər Kubokunun ev sahibləri açıqlanıb

A- A A+

2025 və 2027-ci illərdə keçiriləcək Afrika Millətlər Kubokunun ev sahibləri açıqlanıb.

NUHÇIXAN xəbər verir ki, Afrika Futbol Konfederasiyası iki il sonrakı yarışı Mərakeşə həvalə edib.

Adətən qış aylarında təşkil olunan turnir bu dəfə yayda olacaq. Yarış 2025-ci ilin iyun-iyul aylarında keçiriləcək.

2027-ci ildəki Afrika Millətlər Kubokuna isə Keniya, Tanzaniya və Uqanda birgə evsahibliyi edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: