"Qalatasaray"ın yeni transferinin "Mançester Yunayted"lə oyunu buraxacağı dəqiqləşib

A- A A+

Türkiyənin "Qalatasaray" klubunun iki futbolçusu zədə səbəbindən İngiltərədə "Mançester Yunayted"ə qarşı keçiriləcək UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turunun oyununu buraxacaq.

NUHÇIXAN İstanbul təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Hakim Ziyeş və Kazımcan Karataşın adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, oktyabrın 3-də reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Hakim Ziyeş "Qalatasaray"a yay transfer dönəmində İngiltərənin "Çelsi" klubundan keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: