“Qarabağ”ı Çempionlar Liqasından kənarlaşdıran “Rakuv” “böyük beşlik” klublarını qabaqlayır

A- A A+

Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CİES) qısa və geri ötürmələr zamanı futbolçuların qaçış faizinə görə klubların reytinqini açıqlayıb.

NUHÇIXAN-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, araşdırma dünyanın 27 liqası arasında aparılıb.

Topu özündə daha çox saxlamağı sevən komandaların siyahısına Polşa təmsilçisi “Rakuv” başçılıq edir. “Qarabağ”ı bu mövsüm UEFA Çempionlar Liqasından kənarlaşdıran (II təsnifat mərhələsi - 2:3, 1:1) Çenstoxova klubunun oyunçuları qısa və geri ötürmələr üçün matçların 31,1 faizində hərəkətliliklərini qoruyublar.

İlk “üçlük”dəki digər komandalar “böyük beşlik” ölkələrinin təmsilçiləridir. Bunlar İngiltərə çempionu “Mançester Siti” (29,6%) və Fransa Liqa 1-nin qalibi PSJ-dir (28,5%).

1. “Rakuv” (Polşa) – 31,1 faiz

2. “Mançester Siti” (İngiltərə) – 29,6

3. PSJ (Fransa) – 28,5

4. “Ayntraxt” (Almaniya) – 27,5

5. “Hall Siti” (İngiltərə) – 27,0

6. “Suonsi” (İngiltərə) – 26,9

7. “Riu Ave” (Portuqaliya) – 26,7

8. “Bernli” (İngiltərə) – 26,6

9. “Jirona” (İspaniya) – 26,5

10. “Real Sosyedad” (İspaniya) – 26,5

Qeyd edək ki, CİES-in araşdırdığı çempionatlar sırasında Azərbaycan Premyer Liqası olmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: