Çinin Honkonq xüsusi inzibati ərazisində keçirilən boulinq üzrə dünya çempionatı başa çatıb.
NUHÇIXAN xəbər verir ki, finalda ABŞ kollektivini 2:0 hesabı ilə məğlubiyyətə uğradan İtaliya komandası tarixində ilk dəfə dünya kubokunu qazanıb.
İtaliya Milli Olimpiya Komitəsinin rəhbəri Covanni Malaqo qazanılmış tarixi uğurla bağlı hisslərini bölüşərək deyib: "İtaliya komandasının ABŞ üzərində qazandığı tarixi qələbə ilə qürur duyuram. Stefano Rossinin rəhbərlik etdiyi Boulinq Federasiyasını və baş məşqçi Brandolinin fantastik komandasını təbrik edirəm".