“Fənərbağça”nın rəqibində rəhbərlik və məşqçi heyəti istefa verib

A- A A+

Türkiyənin “Fənərbağça” klubunun UEFA Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Bolqarıstan təmsilçisi “Ludoqorets”də rəhbərlik və məşqçi heyəti istefa verib.

NUHÇIXAN xəbər verir ki, buna səbəb turnirin II turunda Danimarka klubu “Norşellann”a böyükhesablı məğlubiyyət olub.

Səfərdə 1:7 hesabı ilə uduzan Razqrad komandasında məsuliyyəti üzərinə götürən İdarə Heyəti və baş məşqçi İvaylo Petev vəzifəsindən ayrılıb. Klubun sahibləri Kiril Domusçiev ve Georgi Domusçiev tezliklə yeni İdarə Heyətini formalaşdıracaq və baş məşqçi təyin edəcək.

Qeyd edək ki, “Ludoqorets” qrupda növbəti oyununu oktyabrın 26-da Türkiyədə “Fənərbağça”ya qarşı keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: