Qazaxıstanla oyun öncəsi Azərbaycanın futzal millisinin heyətində dəyişiklik edilib

A- A A+

DÇ-2024-ün elit-raun mərhələsində növbəti oyununu oktyabrın 11-də Astanada Qazaxıstan yığmasına qarşı keçirəcək Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Bakıdakı matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb. Onun əvəzinə “Neftçi” İK-nın üzvü Amir Sojaei komandaya dəvət olunub.

Baş məşqçi Vitali Borisov Qazaxıstanla oyunda 14 futzalçıdan istifadə edəcək.

Qapıçılar: Emin Kürdov, Rövşən Hüseynli.

Oyunçular: Eduardo Borges, Novruz Kazıxanov, Rafael Vilela, Amadeu, Xəzər Ağalızadə, Qabriel Bastos, Maneka, Hadi Ahmadi, Xətai Bağırov, Qallo, Murad Quluzadə, Amir Sojaei.

Qeyd edək ki, Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: