Kriştiano Ronaldo “Əl-Nəsr”lə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir

A- A A+

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komanda ilə müqaviləsini 2027-ci ilə qədər uzatmaq istəyir.

NUHÇIXAN TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi X sosial şəbəkəsindəki səhifəsində bildirib.

Onun sözlərinə görə, Ronaldo qarşıdan gələn Avropa çempionatının seçmə oyunlarında iştirak etmək üçün Portuqaliya millisinə yola düşməzdən əvvəl istəyini klub rəhbərliyinə çatdırıb. Qeyd olunur ki, portuqaliyalı forvard DÇ-2026-da iştirak etmək üçün komanda ilə müqaviləsini uzatmaq istəyir, bundan sonra peşəkar karyerasını bitirmək niyyətindədir.

Portuqaliyalının “Əl Nəsr”lə hazırkı müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır.

Ronaldo 2022-ci ilin dekabrında “Əl-Nəsr”ə keçib. O, komandanın heyətində 31 qol vurub və klub tarixində altıncı bombardirdir. Bu göstəricidə lider Səudiyyə Ərəbistanının hücumçusu Məhəmməd əl-Səhlavidir (123 qol). Ronaldo avqust ayında “Əl-Nasr” ilə ilk dəfə Ərəb Çempionlar Kubokunu qazanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: