Avropa Kuboku: Azərbaycanın 3 boksçusu 1/4 finala yüksəlib

A- A A+

Azərbaycanın 3 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda 1/4 finala yüksəlib.

NUHÇIXAN xəbər verir ki, 29 ölkədən 156 idmançının qatıldığı yarışın ikinci günündə Tayfur Əliyev, Sərxan Əliyev və Malik Həsənov 1/8 final səddini uğurla keçiblər.

T.Əliyev 60 kq çəkidə ilk döyüşündə italiyalı Cüzeppe Kanonikoya heç bir şans verməyib - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). Avropa Oyunlarının mükafatçısı növbəti döyüşünü oktyabrın 12-də Rusiyanı təmsil edən Arşak Tovmasyana qarşı keçirəcək.

Tayfur Əliyevin qardaşı Sərxan Əliyev 71 kq çəkidə rinqə çıxıb. O, Toni Cası (İBAN) 5:0 (29:27, 29:27, 29:27, 29:27, 29:27) hesabı ilə məğlub edib. S.Əliyev iki gün sonra 1/4 finalda israilli Miroslav Kapulerlə üz-üzə gələcək.

63,5 kq-da qüvvəsini sınayan Malik Həsənov isə polşalı Bartumey Roskoviçi mübarizədən kənarlaşdırıb. 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qələbə qazanan boksçu oktyabrın 11-də fransalı Lunes Hamrauini sınağa çəkəcək.

Qeyd edək ki, Avropa Kubokunun 3-cü günündə Azərbaycan millisinin daha 2 boksçusu mübarizəyə qoşulacaq. Nicat Hüseynov (54 kq) belaruslu Cianis Salotski ilə, Nəbi İsgəndərov (67 kq) isə ispaniyalı Adrian Krusla (İspaniya) görüşəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: