“Barselona”nın vitse-prezidenti: “Messini qaytarmaq istəyirik”

A- A A+

“Şərtlər uyğun olduğu anda Messini qaytarmaq istəyirik”.

NUHÇIXAN xəbər verir ki, bunu İspaniyanın “Barselona” klubunun vitse-prezidenti Eduard Romeu yerli mətbuata açıqlamasında deyib.

O bildirib ki, argentinalı ulduz futbolçu yenidən Kataloniya klubunun formasını geyinməyə layiqdir: “Biz Messinin dönüşünü həyata keçirməyi səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Lionel Messi yay fasiləsində ABŞ klubu “İnter Mayami” ilə 2025-ci ilin dekabrına qədər müqavilə bağlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: