Azərbaycanın U-21 millisi bu gün növbəti oyununu keçirəcək

A- A A+

Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

NUHÇIXAN-ın məlumatına görə, Samir Əliyevin baş məşqçi olduğu yığma Bakıda Şimali İrlandiyanı qəbul edəcək.

"Azərsun Arena"dakı qarşılaşma saat 18:00-da start götürəcək. Görüşün baş hakimi bolqarıstanlı Georgi Davidov olacaq.

F qrupundakı digər matçlarda Ukrayna Lüksemburqun, Serbiya İngiltərənin qonağı olacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Serbiyaya 0:2 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: