Güləş məşqçilərinin ümumrespublika seminarı keçiriləcək

A- A A+

Azərbaycan Güləş Federasiyasının (AGF) təşkilatçılığı ilə məşqçilərin ümumrespublika seminarı keçiriləcək.

NUHÇIXAN-ın AGF-nin mətbuat xidmətinə istinadən məlumatına görə, 6 hissəyə bölünən tədbir oktyabrın 17-25-i aralığında baş tutacaq.

Proqrama əsasən, seminar oktyabrın 17-də Gəncədə, 18-də Göyçayda, 19-da Sabirabadda, 20-də Xırdalanda, 23-də Bakıda, 25-də isə Naxçıvanda təşkil olunacaq.

Seminarda 500-ə yaxın məşqçinin iştirakı gözlənilir. Məqsəd mütəxəssislərin bilik və bacarıqlarını daha da təkmilləşdirmək, yarışlar zamanı davranış qaydalarını, xalların qiymətləndirilməsini diqqətə çatdırmaqdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: