Ordubad məktəbliləri arasında basketbol yarışı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ordubad şəhər 3 saylı tam orta məktəbin idman zalında “Ümummilli lider Heydər Əliyevin anım günü”nə həsr olunmuş ümumtəhsil məktəblərinin oğlanlardan ibarət komandaları arasında Basketbol üzrə Ordubad rayon birinciliyi keçirilib.  Turnirdə 8 komanda iştirak edib. Birincilik Beynəlxalq Basketbol qaydalarına əsasən olimpiya sistemi ilə keçirilib. Gərgin və maraqlı keçən mübarizənin yekun nəticələrinə görə Gənzə kənd tam orta məktəbin komandası I, şəhər 3 №-li tam orta məktəbin komandası  II, şəhər İnternat tam orta məktəbinin komandası isə III olub. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətlə hədiyyələrlə mükafatlandırlıblar.

Yarış rayon Gənclər və İdman İdarəsinin, Naxçıvan MR Basketbol Federasiyasının Ordubad rayon bölməsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: