Məktəbli qızlar voleybol yarışında güclərini sınayıblar - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Babək Rayon Gənclər və İdman İdarəsi, Babək Rayon Təhsil Şöbəsi və Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası Babək rayon bölməsinin birgə təşkilatçılığı ilə Babək qəsəbə 1 nömrəli tam orta məktəbində “31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş rayon ümumtəhsil məktəblərinin qız komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Olimpiya sistemi üzrə keçirilən birincilikdə 6 komanda mübarizə aparıb. Birinciliyin finalında Kərimbəyli və Payız kənd tam orta məktəblərinin komandaları qarşılaşıb. Oyun Kərimbəyli kənd tam orta məktəbinin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Üçüncülük uğrunda mübarizədə isə Hacıvar kənd tam orta məktəbin komandası Zeynəddin kənd tam orta məktəbin komandasına 3:1 hesabı ilə qalib gəlib. Sonda təşkilatçılar tərəfindən qalib komandalara diplom və voleybol topları, fərqlənən iştirakçılara isə fəxri fərmanlar təqdim edilib.