Futbol tarixinin ən gözlənilməz transferləri açıqlanıb

A- A A+

“FourFourTwo” nəşri futbol tarixinin ən gözlənilməz 32 transferinin reytinqini tərtib edib.

NUHÇIXAN xəbər verir ki, siyahıya 2000-ci ildə portuqaliyalı Luiş Fiqunun “Barselona”dan “Real”a transferi başçılıq edir.

İkinci yeri Sol Kempbellin “Tottenhem”dən “Arsenal”a (2001) keçidi tutur. İlk “üçlüy”ü isə 2017-ci ildə “Barselona”dan PSJ-yə keçən Neymar qapayır.

Kriştianu Ronaldunun “Real”ı tərk etməsi 17-ci, Lionel Messinin “Barselona”dan ayrılması isə 26-cı sırada göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: