Azərbaycan cüdoçularının Olimpiya Təsnifat Dövrü üçün növbəti Olimpiya Dünya Reytinq siyahısı bəlli olub.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) 18 oktyabr 2023-cü il tarixinə olan sıralamanı açıqlayıb.
Azərbaycan təmsilçilərindən ən yaxşı göstərici hələlik Hidayət Heydərova (73 kiloqram) məxsusdur. O, öz çəki dərəcəsində ikinci pillədə qərarlaşıb. Zelim Tçkayev (81 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) isə öz çəkiləri üzrə üçüncü sırada yer alıblar.
Olimpiya vəsiqələri üçün hesablanan yarışların sayının az olması səbəbindən birbaşa və ya kontinental kvotaların bir hissəsi tam və ya dəqiq olmadığı üçün rəsmi deyil.
Qeyd edək ki, Yay Olimpiya Oyunlarında ölkələrdən hər çəki dərəcəsində yalnız bir idmançı mübarizə apara bilər.