“Barselona” “El Klasiko” üçün hazırlanan xüsusi formanı təqdim edib

A- A A+

“Barselona” klubu İspaniya La Liqasının XI turunda əzəli rəqibi “Real”a qarşı keçirəcəyi “El Klasiko” üçün hazırlanan xüsusi formanı təqdim edib.

NUHÇIXAN xəbər verir ki, Kataloniya təmsilçisi meydana “Rolling Stones” musiqi qrupunun loqosu olan formada çıxacaq.

“Barselona” ilə “Spotify” şirkəti arasındakı əməkdaşlıq çərçivəsində musiqiçilərin və qrupların loqoları ilə “El Klasiko”da iştirakın mümkünlüyü barədə razılıq əldə olunub. Oktyabrın 20-də “Rolling Stones”un “Hackneys Diamonds” albomunun buraxılışı olacaq. Bu, qrupun son 18 ildə ilk albomudur.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu oktyabrın 28-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: