UEFA Belçika – İsveç oyunu ilə bağlı qərarını açıqlayıb

A- A A+

AVRO-2024-ün seçmə mərhələsində keçirilən Belçika – İsveç oyunu ilə bağlı qərar verilib.

NUHÇIXAN xəbər verir ki, UEFA yarımçıq dayandırılan görüşün davam etdirilməməsini məqsədəuyğun bilib.

Oktyabrın 16-da baş tutan matç zamanı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər öldürüldüyündən, komandalar ikinci hissədə meydana çıxmamışdılar. Həmin vaxt hesab 1:1 olub. Qitə futbol qurumu ikinci hissənin oynanılmamasını, 1:1-in yekun hesab kimi qəbul edilməsini qərara alıb.

Bu üzdən F qrupunda yer alan komandaların hərəsinə 1 xal verilib. Sarı vərəqələr və vurulan qollar qüvvədə saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: