Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb

A- A A+

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alınıb.

NUHÇIXAN Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, II dövrənin Tovuzda keçirilən açılış matçında gerçəkləşib.

X turun “Turan Tovuz”la “Qarabağ” arasında oyununu 6000 tamaşaçı izləyib. Bu, 2023/2024 mövsümünün yeni rekordudur. Əvvəlki ən yüksək göstərici IX turun “Neftçi” – “Qarabağ” qarşılaşmasına (0:2) məxsus idi. Azərbaycan derbisində 5400 izləyici olub.

Qeyd edək ki, “Turan Tovuz” – “Qarabağ” görüşü 2:2 hesabı ilə başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: